Bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi açıqlama verib Bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi açıqlama verib

Yerə ən çox bənzəyən planet kəşf olundu

Bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi açıqlama verib

300 işıq ili uzaqlıqda yerləşən və bu günə qədər Yer kürəsinə ən çox bənzəyən planet kəşf olunub.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi ( NASA ) açıqlama verib.

Yeni planetə “Kepler-1649c” adı verilib. “Kepler-1649c”nin xarici planetlər arasında Yerə ən çox bənzəyən planet olduğu və oxşar bir temperatura sahib olduğu bildirilib. Cüzi fərqlə (1,06 dəfə ) Yerdən böyük olan yeni planetin Yerin Günəşdən qazandığı işığın 75 faizini aldığı müəyyən olunub.

“Ölçüsü və mümkün temperaturu baxımından, bu, Kepler tərəfindən tapılmış Yerə ən çox bənzəyən planetdir”,- deyə “SETI” elmi-tədqiqat institutun tədqiqatçısı Ceff Koflin bildirib.