Bundan sonra istifadəçilər bir çox xoşagəlməz şərhi bir anda silə biləcəklər Bundan sonra istifadəçilər bir çox xoşagəlməz şərhi bir anda silə biləcəklər

İnstaqrama yeni funksiya gəldi

Bundan sonra istifadəçilər bir çox xoşagəlməz şərhi bir anda silə biləcəklər

İnstaqram sosial şəbəkəsi yeni funksiyalar tətbiq etdiyini açıqlayıb.

AzNews.az bildirir ki, bundan sonra istifadəçilər bir çox xoşagəlməz şərhi bir anda silə və eyni zamanda bir neçə insanı blok edə biləcəklər.

“Artıq eyni anda bir neçə şərhi silə və bir neçə insanı blok və ya məhdudlaşdıra bilərsiniz”, - sosial şəbəkənin Tvitterində yazılıb.

Bu yenilik “mənfi şərh axınının öhdəsindən gəlməyin çox çətin olması” ilə izah olunur. Sosial şəbəkədən bildiriblər ki, ilk rəylərə görə, istifadəçilər yenilikdən razıdırlar.