Bunu şirkətin müdiri Anders Nilsson bildirib Bunu şirkətin müdiri Anders Nilsson bildirib

5G-yə keçən ilk ÖLKƏ

Bunu şirkətin müdiri Anders Nilsson bildirib

İsveçin “Tele2” telekom şirkəti ilk dəfə 5-ci nəsil kabelsiz mobil texnologiyaya keçdiyini açıqlayıb.

AzNews.az “Euronews”a istinadən xəbər verir ki, bunu şirkətin müdiri Anders Nilsson bildirib.

Onun sözlərinə görə, paytaxt Stokholm ilə Göteborq və Malmödə 5G əsaslı stansiyalar aktivləşdirilib.

Yeni nəsil kabelsiz mobil texnologiyanın 4G-dən, təxminən, 10 dəfə daha sürətli olacağı gözlənilir.

Bununla belə, hazırda smartfonların əksəriyyəti 5G texnologiyasını dəstəkləmir.