"Tvitter" nasazlayıb

"Tvitter"in işində texniki qüsurlar əsasən ABŞ, Çili, Böyük Britaniya, Yaponiya və Filippində müşahidə edilib

"Tvitter" mikrobloqlar şəbəkəsinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

AzNews.az-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "Tvitter"in işində texniki qüsurlar əsasən ABŞ, Çili, Böyük Britaniya, Yaponiya və Filippində müşahidə edilib.

İstifadəçilərin təxminən 43 faizi "Tvitter" iPhone və iPad üçün olan tətbiqində, 35 faizi şəbəkənin saytında, 20 faizi isə Android üçünolan tətbiqində problemlərlə üzləşiblər.