Alimlər Ayda bitki yetişdirmək üçün layihə hazırlayıblar Alimlər Ayda bitki yetişdirmək üçün layihə hazırlayıblar

Ayda insanların yaşaması üçün hazırlıqlar başladı - FOTO

Alimlər Ayda bitki yetişdirmək üçün layihə hazırlayıblar

“Lunaria One” tədqiqat təşkilatının avstraliyalı və israilli alimləri Ayda bitki yetişdirmək üçün layihə hazırlayıblar. Layihənin 2025-ci ilə qədər özəl kosmos missiyasının bir hissəsi olaraq işə salınması gözlənilir.

Bu barədə Phys.org-un press-relizində məlumat verilib.

Toxumlar “Beresheet 2” kosmik gəmisi ilə suvarma sistemi olan təzyiqli kameranın içərisində Aya çatdırılacaq.

Mütəxəssislər ekstremal şəraitdə yaşaya bilən bitki növlərinin cücərməsini və böyüməsini müşahidə etməyi planlaşdırırlar. Bunlardan biri Avstraliyada yetişən və su olmadan uzun müddət yaşaya bilən “Micraira” cinsindən otdur.