- Fanat
- 21:37
- 2 099
Acun Ilıcalının "Hall Siti" klubu İngilətərə Premyer Liqasına vəsiqə qazandı
Türkiyəli məşhur iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" klubu İngiltərə Premyer Liqasına vəsiqə qazanıb.
Aznews.az xəbər verir ki, komanda pley-offun finalında "Midlsbro"nu məğlub etməklə buna nail olub.
Qarşılaşma "Hall Siti"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
90+5-ci dəqiqədə Oliver Makberni fərqlənib.
Xatırladaq ki, daha əvvəl "Koventri Siti" və "İpsviç" Premyer Liqaya vəsiqəni rəsmiləşdirib.