Bundan əvvəl alimlər peykdə hidrogen, azot, oksigen və kükürd - həyatın yaranması üçün vacib elementlər aşkar ediblər Bundan əvvəl alimlər peykdə hidrogen, azot, oksigen və kükürd - həyatın yaranması üçün vacib elementlər aşkar ediblər

Alimlər Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıblar

Bundan əvvəl alimlər peykdə hidrogen, azot, oksigen və kükürd - həyatın yaranması üçün vacib elementlər aşkar ediblər

Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb.

Aznews.az TASS-a istinadən xəbər verir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanın rəhbərlik etdiyi tədqiqatçılar qrupu buz təbəqəsi ilə örtülmüş Enselad okeanında bioloji həyat üçün zəruri element - fosforun ola biləcəyini irəli sürüblər.

Fosfor insan və heyvanlarda sümüklərin, hüceyrə membranlarının və DNT-nin vacib komponentidir. Bundan əvvəl alimlər peykdə hidrogen, azot, oksigen və kükürd - həyatın yaranması üçün vacib elementlər aşkar ediblər.

Tədqiqatçılar Enselad okeanının qayalı dibinin su və süxurların qarşılıqlı təsir modelini yaradıblar.