- Maraq dairəsi
- 20 Oktyabr 2022 17:18
- 8 936
Gözlər erkən ölümdən xəbər verəcək - ŞOK ARAŞDIRMA
Bu üsulla infarkt və insultların 54%-i, ürək xəstəliklərindən ölüm hallarının isə 58%-i proqnozlaşdırıla bilər
Atalarımızın "gözlər ürəyin aynasıdır" deyimi İngiltərədə aparılan bir araşdırmada həqiqətə çevrilib. "Journal of Ophthalmology"də dərc edilən araşdırmaya görə, inkişaf edən süni intellekt gözlərə nəzər yetirərək vaxtından əvvəl ölüm riski haqqında məlumat verir.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, ən çox istifadə etdiyimiz orqanlardan biri olan göz bizə bədənimizlə bağlı daima ipucu verə bilir.
Bunlardan biri də ürək problemləri ilə bağlı yaşana biləcək xəstəliklərdir.
Artıq ürək xəstəlikləri nəticəsində baş verə biləcək vaxtından əvvəl ölümün təsbiti ilə bağlı süni intellekt yaradılıb.
Proqram ürək sağlamlığı ilə bağlı əhəmiyyətli məlumatları ehtiva etdiyi düşünülən gözün arxasındakı kiçik arteriya və venaların qalınlığını ölçməklə işləyir.
88 min britaniyalının iştirakı ilə aparılan araşdırma nəticəsində məlum olub ki, infarkt və insultların 54%-i, ürək xəstəliklərindən ölüm hallarının isə 58%-i proqnozlaşdırıla bilər.
Həkimlər bu testin müntəzəm göz müayinələri ilə ürək sağlamlığını yoxlamaq üçün istifadə oluna biləcəyini bildiriblər.
Tədqiqata rəhbərlik edən epidemioloq Dr. Alisya Rudnika və digər həmkarları qeyd ediblər ki, bu proqram ürək xəstəliklərindən yaranan risklərin mövcud üsullarla müqayisədə daha yaxşı qiymətləndirilməsini təmin edir.
NURAY