- Maraq dairəsi
- 20 Oktyabr 2022 17:32
- 12 194
"BioNTech" peyvəndi ilə xərçəng tarixə qovuşur
Peyvənd 2030-cu ildə hazır olacaq
Koronavirus pandemiyasına qalib gəlmək üçün böyük səy göstərərək, peyvənd istehsal edən Uğur Şahin və Özlem Türeci cütlüyü "mRNA" əsaslı xərçəng peyvəndinin 2030-cu ildə hazır olacağını açıqlayıb. Bu isə o deməkdir ki, "BioNTech" peyvəndi ilə xərçəng xəstəliyi artıq tarixə qovuşur.
AzNews.az xarici mediaya istinadla xəbər verir ki, Covid peyvəndi istehsal etmək üçün "Pfizer" ilə əməkdaşlıq edən Alman "BioNTech" şirkətinin həmtəsisçiləri Uğur Şahin və Özlem Türeci bu barədə BBC-yə danışıblar.
Belə ki, "mRNT" vaksinləri bu dəfə xərçəng üçün istifadə olunacaq.
Professorlar deyirlər ki, "mRNA" Covid peyvəndi texnologiyası xərçəng hüceyrələrini məhv etmək üçün təkrar istifadə edilə bilər.
Vaksin virusları müəyyən edən kodu daşımaq əvəzinə, xərçəng antigenləri, yəni şiş hüceyrələrinin səthini deşən zülallar üçün genetik təlimatları ehtiva edir və bu şəkildə xərçənglə mübarizə aparır.
Türeci Pfizer/BioNTech peyvəndinin inkişafı və müvəffəqiyyətinin xərçəng araşdırmalarına töhfə verdiyini söyləyib.
Şirkət bağırsaq xərçəngi, melanoma və xərçəngin digər növlərinin müalicəsini inkişaf etdirməyə ümid edir, lakin qarşıda maneələr var. Şişləri meydana gətirən xərçəng hüceyrələri müxtəlif zülallarla örtülə bilir ki, bu da sağlam toxumaları deyil, xərçəng hüceyrələrini hədəf alan bir peyvəndin hazırlanmasını olduqca çətinləşdirir.
Uğurlara baxmayaraq, Türeci hələ də ehtiyatlı davranır: “Biz elm adamları olaraq xərçəng xəstəliyinə çarə tapacağımızı söyləməkdə həmişə tərəddüd edirik. Bəzi irəliləyişlərimiz var və biz onların üzərində işləməyə davam edəcəyik”.
NURAY