- Maraq dairəsi
- 30 Noyabr 2022 13:00
- 8 655
Antidepresan dərmanlar dəhşətli asılılıq yaradır və... - Canan Karatay
Tanınmış türkiyəli profesor, kardioloq Canan Karatay antidepresan dərmanların çox təhlükəli olduğunu, dəhşətli asılılıq yaratdığını, beynin biologiyasını pozduğunu və hətta intihara cəhdlərə səbəb olduğunu bildirib.
Aznews.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, hətta qətllərin arxasındakı səbəbləri də bu kimi dərmanlarda axtarmaq lazım olduğunu deyib.
Hətta indi 5 yaşlı uşaqlar üçün də antidepresan yazıldığını deyən professor bunun yolverilməz olduğunu vurğulayıb.
"Türkiyədə həkimlər dərman firmaları nə desə, onu yazırlar", - deyə Canan Karatay qeyd edib.
Nuray