Ruslar artıq əcnəbilər üçün surroqatlıq edə bilməyəcəklər

Rusiya Prezidenti Vladimir Putin ruslara əcnəbilər üçün surroqat ana olmağı qadağan edən qanunu imzalayıb.

Aznews.az xəbər verir ki, Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan Putinin imzaladığı qanuna əsasən, ölkədə xarici vətəndaşlar və subay kişilər üçün surroqat analıq qadağan edilib.

Sözügedən qanuna əsasən, surroqat analıq xidmətindən yalnız evli Rusiya vətəndaşları və ya Rusiya vətəndaşı olmaları şərti ilə sağlamlıq problemlərinə görə uşaq sahibi ola bilməyən subay qadınlar faydalana bilər.

Mövsüm