- Maraq dairəsi
- 23 Dekabr 2022 16:21
- 8 810
"Facebook"a 725 milyon dollarlıq ittiham iddiası bağlanacaq
"Meta" şirkəti məhkəmə iddiasını bağlamaq üçün 725 milyon dollar ödəyəcək.
AzNews.az xəbər verir ki, buna səbəb "Facebook", "Instagram" və "WhatsApp"ın sahibinin "Cambridge Analytica" da daxil olmaqla istifadəçilərin şəxsi məlumatlarını üçüncü tərəflərə istifadə etməyə icazə verməsidir.
Qeyd edək ki, 2018-ci ilin aprelində Londonda yerləşən "Cambridge Analytica" adlı data analiz şirkəti 2016-cı ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərinə və 2016-cı ilin iyununda Avropa İttifaqının (Aİ) referendumuna təsir etmək üçün "Facebook"un 87 milyon istifadəçisinin şəxsi məlumatlarını icazəsiz topladığına dair ittihamlar irəli sürülmüşdü.
Mövsüm