- Maraq dairəsi
- 5 Yanvar 2023 16:46
- 12 651
Antalyada turistlər dənizə girdi - FOTO
Türkiyədə havanın temperaturunun 18 dərəcə, dəniz suyunun isə 19 dərəcə olduğu Antalyada günəşli havadan istifadə edən turistlər övladları ilə birlikdə dəniz kənarına gəliblər.
Zirvəsi qarla örtülmüş Toros dağlarının düz ətəyində yerləşən Konyaaltı çimərliyində gedən insanların bəziləri çimərlikdə günəşlənib, bəziləri isə üzərək şəkil çəkdiriblər.
Dənizə gələn insanlar yanvar ayında dənizdə çimməkdən böyük zövq aldıqlarını bildiriblər.
Pərvanə