- Maraq dairəsi
- 6 Yanvar 2023 19:49
- 13 900
Naringi qabığını atmaqla illərlə səhf etmişik - FAYDALARI
Meyvələrin sağlamlıq üçün faydalı olduğunu bilmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Hər kəsə məlumdur ki, əksər meyvələr sağlamlığımıza son dərəcə müsbət təsir göstərir. Məlum olub ki, güclü C vitamini mənbəyi olan naringi qabığının da mühüm faydaları var. Sən demə bu qabıqları atmaqla biz illərlə səhf etmişik!
Təbiətin bizə təqdim etdiyi meyvələr öz dadı və faydaları ilə süfrələrdə yerini tutur və enerji verir. Qış mövsümünün müjdəçisi olan naringi bu aylarda meyvə qablarımızdan əskik deyil. Bu meyvə faydaları ilə yanaşı dadı ilə də seçilir. C vitamini ilə zəngin olan naringi qışda immunitet sisteminə də kömək edir. Tərkibindəki A vitamini həm də göz sağlamlığını qoruyur.
Aznews.az xəbər verir ki, naringilərin faydaları saysız-hesabsızdır. Zövqlə yediyimiz bu meyvədə əvvəllər heç kimin bilmədiyi xüsusiyyətlər var. Əgər naringi qabıqlarını atırsınızsa, bu səhvə yol verməməyinizi şiddətlə tövsiyə edirik. Səbəbini biləndə təəccüblənəcəksiniz. Atmaqdan əl çəkəcəyiniz naringi qabıqlarının faydalarını sizin üçün topladıq.
Bu qabıqlar baş dərisini nəmləndirir, arıqlamağa kömək edir, stressi azaldır. Xolesterolu balanslaşdırır, xərçəng şişi riskinin qarşısını alır.
Dəri xəstəliklərinə faydalıdır. Göz sağlamlığını qoruyur. Mədə problemlərinə faydalıdır. Toksinləri bədəndən çıxarır, sümükləri gücləndirir. Həmçinin İnfeksiyanın təsirini də azaldır.
Nuray
AzNews.az