Twitter-in yeni özəlliyi istehsalçıları çox sevindirəcək

İlon Mask "Twitter"-ə hədiyyə funksiyasını gətirir.

Aznews.az xəbər verir ki, xüsusilə "TikTok"-da geniş şəkildə istifadə edilən bu xüsusiyyətə görə, bir hesabın izləyiciləri artıq bəyəndikləri məzmunun müqabilində və ya tamamilə pulsuz olaraq məzmun istehsalçılarına hədiyyə emojiləri göndərə biləcəklər.

Qeyd edək ki, bu emojilərin hər biri "Twitter"-də real pulla alınacaq və emoji sahibləri bu hədiyyələrin dəyəri 50 dolları keçdikdə hədiyyələrini real pula dəyişə biləcəklər.

Mövsüm