Dünyanın ən güclü pasportları bəlli olub

2023-cü ilin ən güclü pasportları açıqlanıb. Londonda yerləşən Henley Passport Index şirkəti dünyanın ən güclü və ən zəif pasportlarını müəyyən edib. Ən güclü pasportların başında Yaponiya olduğu halda, İraq, Suriya və Əfqanıstan kimi ölkələr sonuncu yerdə qərarlaşıb.

Aznews.az xəbər verir ki, bu barədə ölkələrin viza və ya vizasız səyahət imkanlarını qiymətləndirən "Henley Passport Index" məlumat yayıb,

Qeyd edək ki, 193 ölkəyə vizasız gediş-gəliş təklif edən Yaponiya 5 il dalbadal dünyanın ən güclü pasportu, Əfqanıstan isə dünyanın ən zəif pasportu seçilib.

İlk 10-luq isə belədir.

1. Yaponiya (193 istiqamət)

2. Sinqapur, Cənubi Koreya (192 istiqamət)

3. Almaniya, İspaniya (190 istiqamət)

4. Finlandiya, İtaliya, Lüksemburq (189 istiqamət)

5. Avstriya, Danimarka, Hollandiya, İsveç (188 istiqamət)

6. Fransa, İrlandiya, Portuqaliya, Böyük Britaniya (187 istiqamət)

7. Belçika, Yeni Zelandiya, Norveç, İsveçrə, ABŞ, Çexiya (186 istiqamət)

8. Avstraliya, Kanada, Yunanıstan, Malta (185 istiqamət)

9. Macarıstan, Polşa (184 istiqamət)

10. Litva, Slovakiya (183 istiqamət)

Mövsüm