"Apple"ın yeni istehsal bazası Çin əvəzinə Hindistandır

Texnologiya nəhəngi "Apple" tədricən istehsal mərkəzini Çindən uzaqlaşdırır və Hindistan onun yeni istehsal mərkəzi olmağa hazırlaşır.

Aznews.az xəbər verir ki, Hindistan Ticarət Naziri, "Apple"-ın Hindistanda daha çox məhsul istehsal etməyi planlaşdırdığını, bütün məhsullarının təxminən 25 faizini ölkədə istehsal edəcəyini qeyd edib.

Bu addım Çin və ABŞ arasındakı geosiyasi gərginliyin və koronavirus pandemiyası ilə bağlı qeyri-müəyyənliklərin təsirlərini minimuma endirmək üçün "Apple"-ın istehsal yerlərini şaxələndirmək strategiyasının bir hissəsidir.

Mövsüm