- Maraq dairəsi
- 31 Yanvar 2023 15:45
- 10 484
Google-un süni intellekti bu dəfə mətni musiqiyə çevirib
Texnologiyada yeni bir dövrün qapısını açan DALL-E və ChatGPT-dən sonra bu dəfə musiqi üçün süni intellekt meydana çıxdı.
Aznews.az xəbər verir ki, Google şirkəti mətni musiqiyə çevirən MusicLM adlı süni intellekt texnologiyası hazırlayıb.
MusicLM, DALL-E-nin mətnlər vasitəsilə şəkillər yaratmasına bənzər, fitli və ya uğultu melodiyasını digər alətlərə çevirərək mətn göstərişlərindən dəqiqəbə dəqiqə musiqi parçaları yarada bilər.
MusicLM hətta insan vokalını simulyasiya edə bilər, lakin səslər insan səsi ilə müqayisədə hələ də statik olaraq qalır.
Qeyd edək ki, Tətbiq hələ də insanların istifadəsinə verilməyib.
Mövsüm