ABŞ-də son 2 ayda 15 balina sahilə çıxıb

ABŞ-nin şərq sahillərində müəmmalı balina ölümləri artmaqda davam edir.

Nyu-Yorkun Lido Biç kəndində uzunluğu təxminən 10 metr olan nəhəng balina sahilə çıxıb.

"Bu erkək donqar balinadır. Təxminən 5 ildir ki, burada sahilə çıxmış balina görməmişik. Bu, son 10 ildə bu sahillərdə gördüyümüz ən böyük balina ola bilər", - Hempstead qəsəbəsinin rəisi Don Klavin deyib.

Okeanlarda çirklənmənin qarşısını almaq üçün çalışan "Clean Ocean Action" hərəkatının rəhbəri Sindi Zip balinaların nədən zərər gördüklərinə dair heç bir sübut olmadığını bildirib.

Nəhəng balina ABŞ-də dekabrın 1-dən sahilə çıxan 15-ci balina kimi qeydə alınıb.

Pərvanə