- Maraq dairəsi
- 17 Fevral 2023 01:09
- 10 079
"YouTube"un baş direktoru Susan Voyçiçki istefa verib
Onlayn video paylaşma və sosial media platforması olan "YouTube"un baş direktoru Susan Voyçiçki istefa verib.
Aznews.az xəbər verir ki, Texnologiya nəhəngi "Google"un ilk işçilərindən biri və dünyaca məşhur onlayn video paylaşma və sosial media platforması YouTube-un baş direktoru Susan Voyçiçki işçilərə göndərdiyi elektron məktubda istefa verdiyini açıqlayıb.
54 yaşlı Voyçiçkini onun müavini Neal Mohan ilə əvəzləyəcəyi açıqlanıb.
Voyçiçki-nin istefası YouTube-un reklam gəlirlərinin ikinci rübdə Netflix kimi platformalar və TikTok və Facebook çarxları kimi qısa formalı video xidmətlərinin izləmə vaxtı üçün gərgin rəqabət fonunda azalmasından sonra baş verib.