Avstriya kəşfiyyatı "WhatsApp" və "Telegram"-ı yoxlamaq istəyir

Avstriya kəşfiyyatı təhlükəsizlik problemlərini əsas gətirərək WhatsApp və Telegram kimi mesajlaşma proqramlarını yoxlamaq istəyir.

Aznews.az xəbər verir ki, Avstriya Dövlət Təhlükəsizliyi və Kəşfiyyat Birliyinin (DSN) rəhbəri Omar Haycavi-Pirçner "Der Standard" qəzetinə verdiyi açıqlamada insanların telefon danışıqları yerinə daha çox ünsiyyət proqramlarından istifadə etdiyini və bu tətbiqlərin təhlükəsizlik səbəbi ilə yoxlanılması lazım olduğunu bildirib.

Haycavi-Pirçner cinayət təşkilatlarının və təhlükəli elementlərin bu proqramlar vasitəsilə əlaqə saxladığını və kəşfiyyat bölməsi olaraq bu tətbiqlərə nəzarət etmək üçün texniki imkanlara malik olmadıqlarını bildirib.

Haycavi-Pirçner, bu tətbiqlərin texnologiyalarına bənzər bir sistemin nəzarət məqsədi ilə kəşfiyyat bölməsinin əhatə dairəsində olması lazım olduğunu ifadə edərək, müxtəlif ekstremist qrupların nəzarətsiz proqramlardan istifadə edərək hücum etmə ehtimalının çox yüksək olduğunu irəli sürüb.

Mövsüm