Çexiyadan "TikTok" xəbərdarlığı

Çexiya Milli Kiber və İnformasiya Təhlükəsizliyi Agentliyi (NUKIB), Çinin dünya miqyasında sosial media platforması olan TikTok ilə kritik kommunikasiya və ya infrastruktur sistemlərinin cib telefonları kimi cihazlarda dinlənə biləcəyi barədə xəbərdarlıq edib.

Aznews.az xəbər verir ki, NUKIB TikTok tətbiqinin mümkün təhlükələri ilə bağlı açıqlama verib .

Açıqlamada, tətbiqin istifadə edildiyi cihazlar vasitəsilə kritik infrastruktur sistemlərinin və kommunikasiya elementlərinin dinlənə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Tətbiqin böyük kütlələr tərəfindən istifadə edildiyinə diqqət çəkən şərhdə, istifadəçilərdən bu vəziyyəti nəzərə almaları istəndi.

Digər tərəfdən, Çexiyanın daxili işlər naziri Vit Rakusan da mətbuata açıqlamasında nazirlik daxilindəki işçilərin mobil telefon və ya oxşar cihazlarda tətbiqdən istifadə edə bilməyəcəyini bildirib.

Qeyd edək ki, TikTok ilə bağlı təhlükəsizlik problemləri əvvəllər də müxtəlif ölkələrdə gündəmdə olub və ABŞ, Avropa Birliyi qurumları və Kanadada dövlət qurumlarında çalışanların bu tətbiqdən istifadə etməsi qadağan edilib.

Mövsüm