- Maraq dairəsi
- 3 Aprel 2023 07:38
- 12 005
İlon Mask və "The New York Times" arasında gərginlik: Pul ödəməyəcəyik
"The New York Times" nəşri bəzi digər təşkilatlar və məşhurlarla birlikdə təsdiqləmə nişanı üçün pul ödəməyəcəyini elan etdikdən sonra "Twitter"də mavi işarəsini itirib.
AzNews.az xəbər verir ki, nəşr "Twitter"in sahibi İlon Maskı tənqid edib.
""NY Times"ın əsl faciəsi ondan ibarətdir ki, onların təxribatları belə maraqlı deyil", - Mask yazıb.
Qeyd edək ki, şirkətin yeni qaydalarına əsasən, bir zamanlar təsdiqlənmiş hesabları göstərən mavi təsdiq nişanları ödəniş etməyən hesablardan silinməyə başlayacaq.
Bunun əvəzinə qızıl təsdiq işarəsi almaq istəyən təşkilatlar aylıq 1000 ABŞ dolları, fərdi hesablar isə mavi işarə üçün ayda 8 dollar ödəməli olacaqlar.