Firon II Ramzesin tabutu Parisə aparıldı

Firon II Ramzesin tabutu Parisə aparılıb.

AzNews.az xəbər verir ki, bu barədə Misirin Parisdəki səfiri Ala Yusuf məlumat verib.

Səfir tabutun Misirin Parisdəki bir salonda təşkil etdiyi 5 ay davam edəcək bir sərgi salonuna qoyulduğunu bildirib.

Misirin Xarici İşlər Nazirliyinin məlumatına görə, sərgi “Ramses və Fironların Qızılı” adı ilə aprelin 6-da açılacaq. Sərgidə Misirdən gələn 180 qızıl tarixi əsərin nümayiş olunacağı qeyd olunub.