Tək atom ilk dəfə rentgen şüaları ilə müşahidə edildi

Arqon Milli Laboratoriyasının, Ohayo və İllinoys-Çikaqo universitetlərinin bir qrup alimi dünyada ilk dəfə olaraq tək atomun rentgen şüalarını çəkiblər.

Aznews.az xəbər verir ki, bu barədə "SciTech Daily" məlumat yayıb.

Bildirilib ki, komanda bir dəmir və terbium atomunu seçərək, Sinxrotron X-ray Skanlayan Tunel Mikroskopiyası (SX-STM) kimi tanınan qabaqcıl texnikadan istifadə edərək fərdi atomları müəyyən edib.

Qeyd edək ki, SX-STM rentgen şüaları tətbiq edilmiş elektronları toplamaq üçün nümunəyə son dərəcə yaxın yerləşdirilmiş kəskin metal ucdan ibarətdir.

Araşdırmanı şərh edən aparıcı tədqiqatçı Prof. Sva Vai Hla araşdırmanın ətraf mühit, tibbi və kvant tədqiqatlarında yeni kəşflərə yol açacağına diqqət çəkib.

Mövsüm