- Maraq dairəsi
- 18 Sentyabr 19:13
- 11 392
Aİ məhkəməsi Google-a tətbiq edilən 1,5 milyard avroya yaxın cəriməni ləğv edib
Avropa İttifaqının (Aİ) Baş Məhkəməsi AdSense reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə Avropa Komissiyasının Google texnologiya şirkətinə tətbiq etdiyi 1,49 milyard avro cəriməni ləğv edib.
Mərkəzi ofisi Lüksemburqda olan və Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Baş Məhkəmə, Google-un Alphabet çətiri altında Aİ Komissiyasının tətbiq etdiyi cəriməyə qarşı açdığı iddiada qərarını açıqlayıb.
Məhkəmə, Aİ Komissiyasının 5 il əvvəl Google-a AdSense internet reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə tətbiq etdiyi 1,49 milyard avro cəriməni ləğv edib.
Qərarda “Ümumi Məhkəmə Komissiyanın Google AdSense ilə bağlı qərarını ləğv etdi” ifadəsi işlədilib.
Məhkəmə, Komissiyanın Google-u təxminən 1,5 milyard avro cərimələdiyi qərarda müqavilə bəndlərinin müddətinin qiymətləndirilməsində səhvlərə yol verildiyinə qərar verib.
2019-cu ildə Aİ Komissiyası Google-u AdSense internet reklam xidmətində bazar üstünlüklərindən sui-istifadə etdiyinə görə 1,49 milyard avro cərimələyib.
Qeyd edək ki, Google AdSense veb sayt sahibləri və reklamçılar arasında vasitəçi rolunu oynayır.
Mövsüm
AzNews.az