Bu axşam tam Ay tutulması baş verəcək, “Qanlı Ay” görünəcək

Bu axşam Yer Günəşlə Ayın arasına keçdiyi zaman, öz zirvəsinə çatacaq.

Bu barədə Şimal İrlandiyanın Queens University məlumat yayıb.

Bu hadisə Avropanın, Avstraliyanın və Afrikanın bəzi yerlərində də görünəcək.

Məlumata görə, bazar günü gecə, Asiyada və Avropanın, Avstraliyanın, Afrikanın müəyyən hissələrində tam Ay tutulması zamanı “Qanlı Ay” fenomenini müşahidə etmək mümkün olacaq.

Günəş, Yer və Ay bir xəttə düzüləndə, planetin kölgəsi peykin üzərinə düşür və onu qəribə, dərin qırmızı rəngdə göstərir. Bu mənzərə min illərdir insanları heyran qoyur.

Asiyada, o cümlədən Hindistanda və Çində yaşayanlar bazar günü tam tutulmanı ən yaxşı şəkildə görəcəklər. Hadisə Afrikanın şərqində, həmçinin Avstraliyanın qərbində də görünəcək.

Avropa və Afrikada müşahidəçilər isə axşam saatlarında Ay üfüqdən qalxarkən qısa müddətə qismən tutulmanı izləyə biləcəklər. Amerika isə bu dəfə tutulmanı görə bilməyəcək.

Tam Ay tutulması 17:30 GMT-dən 18:52 GMT-ə qədər davam edəcək.

Şimal İrlandiyanın Queens University Belfast universitetinin astrofiziki Rayan Milliqanın sözlərinə görə, Ay tutulmaları zamanı Ayın qırmızı görünməsinin səbəbi yalnız Yer atmosferindən süzülən, əks olunan günəş işığının ona çatmasıdır.

AzNews.az