Ermənistanda xüsusi ağır cinayətlər 30 faiz artıb

Ermənistanda cinayət halları 13 faiz, xüsusi ağır cinayətlər isə 30 faiz artıb.

Ermənistanda ağır və xüsusi ağır cinayətlərin kəskin artımı qeydə alınıb.

Ölkənin Milli Statistika Xidmətinin yaydığı rəsmi məlumata görə, Ermənistanda cinayət halları 13 faiz, xüsusi ağır cinayətlər isə 30 faiz artıb.

Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında ölkə ərazisində 20267 cinayət faktı qeydə alınıb. 2017-ci ilin eyni dövründə bu rəqəm 17898 cinayət faktı təşkil edib. Ötən il ölkədə 209 xüsusi ağır cinayət törədilib. 2017-ci ildə bu rəqəm 161 olub.

Bundan əlavə, odlu silahla törədilən cinayət halları da çoxalıb. Əgər 2017-ci ildə bu rəqəm 49 faktdan ibarət idisə, 2018-ci ildə bu qəbildən olan 53 cinayət hadisəsi törədilib. (report)

AzNews.az