Ermənistanın paytaxtı Yerevanda aptekə silahlı hücum olub. Ermənistanın paytaxtı Yerevanda aptekə silahlı hücum olub.

Yerevanda aptekə silahlı hücum oldu

Ermənistanın paytaxtı Yerevanda aptekə silahlı hücum olub.

Bu barədə "Shamshyan.com" xəbər verir.

Qeyd edilir ki, tapançaya oxşayan predmetlə silahlanan maskalı şəxs Mamikonyanç 38/6 ünvanındakı ünvanda "Bolyus" adlı aptekə soxulub. O, aptekdəki əczaçını tapança ilə hədələyərək içəridəki pulu qarət edib və qaçaraq gizlənib.

Mənbə mətbu orqana bildirib ki, hadisə vaxtı aptekdə yalnız 25 yaşlı əczaçı olub. Aptekdən qarət edilən pulun məbləği təxminən 180 min dram olub.

Faktla bağlı cinayət işi qaldırılıb.(report.az)

AzNews.az