"Anna Akopyan və onu dəstəkləyənlər bilməlidir ki..." "Anna Akopyan və onu dəstəkləyənlər bilməlidir ki..."

Məlahət İbrahimqızı: “Anna Akopyan kimi qadınlar...”

"Anna Akopyan və onu dəstəkləyənlər bilməlidir ki..."

Milli Məclisin deputatı Məlahət İbrahimqızı açıqlamasında bildirib ki, işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın arvadının ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan ABŞ-da avantürist çıxışı hesab edirəm ki, ABŞ Konqresinin iki standartlarlə fəaliyyət göstərməsinə sübut olmaqla eyni zamanda beynəlxalq hüquqa olan hörmətsizlik kimi qəbul etmək olar. Təbi ki, bütün beynəlxalq təşkilatlar tərəfindən BMT daxil , Ermənistanı işğalçı kimi qəbul edir və qeyd şərtsiz işğal etdikləri Azərbaycan torpaqlarınından çıxmalarını tələb edən sənədlər qəbul edilibdir. Yaxşı olardı ki, Konqres Paşinyanin həyat yoldaşının sülh haqqında cəfəngiyyat nağıllarına qulaq asmaq əvəzinə ona sual verərdilər ki, nə zaman işğalçılıq siyasətinə son qoyacaqsız, nə zaman beynəlxaql sənədlərin tələblərini əməl edəcəklər. Konqres üzvləri Anna Akopyana ABŞ-ın bir çox ştatlarının da Xocalı Soyqrımı ilə bağlı qəbul edilən sənədlərin tələblərini nə zaman yata keçirmələri haqda sual verməli idilər. Anna Akopyanın hələ xəbəri yoxdur ki, bugün dünyada “Qadınlar sülh naminə” şəbəkəsi mövcuddur və Azərbaycanın bir qrup qadınları da o hərəkatın üzvüdür. Hesab edirəm ki, işğalçı bir dövlətin rəhbərinin həyat yoldaşının da belə bir hərəkata qoşulması qadınların beynəlxalq aləmdəki sülh fəaliyyətinə kölgədir. Anna Akopyan kimi qadınlar ancaq zorakılıq missiyalı təşkilatlatın üzvü ola bilərlər. Və onun çağırışına da dünyada işğalçılıq siyəsəti yürüdən və onu dəstəkləyən qüvvələr qoşula bilər. Əgər o həqiqətən də sülh missiyası həyata keçirmək niyyətindədirsə öz dövlətini sadə və günahsız erməni analarının oğullarını işğalçılıq siyasətlərinin qurbanı etməkdən çəkindirsin.

Azərbaqycanın hər bir qadınları eləcə də anaları vətəninin ərazi bütövlüyünün qorunması yolunda öz oğullarını qəhrəmanlıqla şəhid olması ilə qürur duyur. Anna Akopyan və onu dəstəkləyənlər bilməlidir ki, Azərbaycan xalqının da, onun lideri olan Prezidentinin də eləcə də Azərbaycan qadınlarının da fəaliyyətinin sülh məramını bütün dünya bilir. Belə olmasaydı dünyanın 50 güclü ordusundan biri olan Azərbaycan Ordusu necə ki, 2016- ı il Aprel müharibəsi zamanı öz gücünü göstərdi, istə ilən anfa bunu təkrar edə bilər. Sadəcə Azərbaycan Dövlətinin Prezidenti və Ali Baş Komandanı beynəlxalq ictimaiyyətin sülh siyadətinə hörmətinə görə bu münaqişənin danışıqlar yolu ilə həll olunmasını üstün hesab edir.(strategiya.az)

AzNews.az