Xarici İşlər Nazirlərinin görüşü ərəfəsində Dağlıq Qarabağda təlim keçirilməsi bunun əyani sübutudur Xarici İşlər Nazirlərinin görüşü ərəfəsində Dağlıq Qarabağda təlim keçirilməsi bunun əyani sübutudur

Ermənistan hərbi təlimlərlə danışıqlar prosesinə mane olmağa çalışır

Xarici İşlər Nazirlərinin görüşü ərəfəsində Dağlıq Qarabağda təlim keçirilməsi bunun əyani sübutudur

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda 10 min silahlı qüvvənin iştirakı ilə hərbi təlimlər keçirdiyini bəyan edib.

AzNews.az xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələyə münasibət bildirib.

Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın açıqlamasında deyilir: “Ermənistanda müharibə tərəfdarlarının qələbə çaldığına inanmaq istəməzdim. Çünki bu dalana aparan bir yoldur. Xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır.

Həqiqətən, Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir. Bir tərəfdən müdafiə naziri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində 10 min hərbi qulluqçunun iştirakı ilə hərbi təlimlərin keçiriləcəyini bəyan edir, digər tərəfdən isə bu ölkənin xarici işlər naziri Vaşinqtonda münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar aparmağa hazırlaşır. Belə olan halda Ermənistan rəhbərliyi öz hərəkətlərinin məntiqi izahını verə biləcəkmi? İstər-istəməz Rusiya, ABŞ və Fransadan olan həmsədrlərə “bundan sonra nə?” sualı ilə müraciət etməli oluruq”.

AzNews.az