Bəs sülh prosesinin bundan sonrakı perspektivi necə görünür? Hərb, yoxsa sülh amili tədricən önə keçəcək? Bəs sülh prosesinin bundan sonrakı perspektivi necə görünür? Hərb, yoxsa sülh amili tədricən önə keçəcək?

Ermənistanın “işğalçı kölə” statusu - yeganə qurtuluş yolu

Bəs sülh prosesinin bundan sonrakı perspektivi necə görünür? Hərb, yoxsa sülh amili tədricən önə keçəcək?

Qarabağla bağlı kövrək ümidlərin bəslənildiyi 2019-cu ilin yarısı arxada qaldı. Ötən 6 ayda Dağlıq Qarabağ konfliktinin dinc nizamlanması yönündə münaqişə tərəfləri arasında həm XİN başçıları, həm də ölkə rəhbərləri arasında bir neçə görüş keçirildi, ATƏT-in Minsk Qrupu həmsədrləri bölgəyə səfərlər elədilər. Lakin sülh prosesini dalandan çıxarmaq, ona dinamika vermək mümkün olmadı. Bunun da birinci səbəbi işğalçı Ermənistanın yeni rəhbərliyinin də vaxt uzatmaq taktikası seçməsi oldu.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, hərb, yoxsa sülh seçimi xeyli dərəcədə işğalçı Ermənistandakı proseslərdən asılı olacaq. Onun sözlərinə görə, Ermənistanda indi mürəkkəb proseslər gedir.

“Paşinyanın hakimiyyətə öz kadrlarını düzməsi, özünün dediyi kimi, baş vermiş inqilabdan sonra demokratik dəyərlərin oturuşması prosesi ləng gedir, bəzi hallarda isə heç getmir. Üstəlik, Ermənistanın daxilində ”Qarabağ klanı" ilə Paşinyanın tərəfdarları arasında ciddi qarşıdurma var və bu qarşıdurma hər gün daha da qızışır, açıq mərhələyə keçir", - deyə politoloq teleqraf.com-a bildirib.

Onun zənnincə, “Qarabağ klanı”nı ram etmək üçün Paşinyan hələ ki lazım olan qüdrətə malik deyil: “Çünki buna nail olmaqdan ötrü mütləq hərbi qüvvədən istifadə etmək lazım gələcək. Bu isə Azərbaycana torpaqlarını azad etmək üçün yeni şanslar aça bilər. Hər halda, Ermənistandakı proseslər sırf daxili millətçi proseslərdir”.

Ä°lgili resim

Ermənistanda “Qarabağ klanı”nın yenidən hakimiyyətə qayıdacağı iddialarını isə Qabil Hüseynli belə şərh edib:“Ermənistandakı proseslər doğrudan da gərgindir. Köçəryanın tutulması Paşinyan üçün şərəf məsələsi idi. O, dəfələrlə bunu seçicilər qarşısında söyləyib. Köçəryanın törətdiyi cinayət ortadadır. Ermənilər arasında öz xalqına güllə atılması faktı həddən artıq pis qəbul edilir. Köçəryanı həbs etməsəydi, xalq Paşinyanı süpürüb atacaqdı. Bəziləri belə hesab edir ki, ”Qarabağ klanı" Rusiyanın köməyi ilə yenidən ayaqlanacaq, amma mən bu cür düşünmürəm. Qarabağda hakim iradənin sahibi Kreml, ruslardır. Burada kim bir balaca cızığından kənara çıxsa, Moskvadan gələn zəif bir işarə həmin adamları yerində oturmağa məcbur edəcək. Ona görə də “Qarabağ klanı”nın hakimiyyətə gəlməsi məsələsi artıq keçilmiş mərhələdir. Rusiya bu praktikanı bir daha tətbiq etməyəcək".

Ermənistandakı daxili proseslərə Moskvanın təsir imkanlarına gəlincə, ekspertə görə, işğalçı ölkədə hakimiyyət məsələsi Kremldə həll olunur. “Ermənistanın bütün sənaye müəssisələri borcun qarşılığında Rusiya tərəfindən ələ alınıb, sərhədləri rus sərhədçilər qoruyur, siyasətçilərin 80 faizi Rusiya ilə ciddi əlaqələrə malikdir. Ermənistanın Qərbə inteqrasiyası məsələsi baş tutan sevda deyil, Paşinyan istəsə də, bunu həyata keçirə bilməyəcək. Dağlıq Qarabağ erməniləri isə Moskvanın itaətindən heç cür çıxa bilməzlər. Çünki o torpaqların alınmasında rus ordusu böyük rol oynayıb. Rusiya Ermənistanda da, Dağlıq Qarabağda da hakimi-mütləqdir”, - deyə o, əlavə edib.

*****

Demək, bir daha belə qənaət hasil olur ki, Azərbaycan Qarabağa dair danışıqları əslində Ermənistanla deyil, onun faktiki sahibi Rusiya ilə aparmalıdır. Yeri gəlmişkən, bu fikirdə olan təhlilçi və siyasilər az deyil. Lakin bu də var ki, öz iradəsinə sahib çıxıb Rusiyanın köləsi, vassalı olmaq taleyindən qurtulmaq şansını heç kim erməni xalqının əlindən almayıb. Bunun ən sadə, itkisiz yolu ermənilərin absurd “Böyük Ermənistan” ideyasından əl çəkməsi, öz qonşularına, ilk növbədə də Azərbaycan və Türkiyəyə qarşı əsassız və həyasız torpaq iddiasından imtina eləməsidir.

Yəni iki yoldan biri: ya əbədiyyən Rusiya boyunduruğu, Kremlin maşası missiyası, “izqoy” (“tullantı”) dövlət statusu, miskin həyat, ya da Azərbaycan və Türkiyə ilə təhlükəsiz, mehriban qonşuluq şəraitində tərəqqi və rifah yolu. Ermənistanın “işğalçı kölə” qismətindən qurtuluşunun tək yolu budur. Bu seçimi 100 ildən çoxdur rusa arxalanıb illüziyalarla yaşayan erməni xalqı etməlidir. Edəcəkmi? Söyləmək çətindir.

Bunu dəqiqliklə söyləmək olar ki, bədxah qonşularımız doğru-düzgün seçimi ləngitdikcə, xoşbəxtliklərinin uzaq Rusiya imperiyası ilə deyil, qonşu Azərbaycan və Türkiyə ilə müttəfiqlikdə olması gerçəyini yaxına buraxmadıqca onların müsibətləri də bitməyəcək. Ona görə ki, nə Azərbaycan öz torpaqlarının işğalı ilə barışacaq, nə də qardaş Türkiyə İrəvanın əsassız ərazi və “saxta soyqırım” iddialarına seyrçi qalacaq. Demək, xarici güclərin əlində maşa rolu oynayan təcavüzkar Ermənistanın blokadası, onun bundan sonrakı iri regional layihələrdən təcridi davam edəcək. İşğalçı ölkədən kütləvi köçün davamı da öz yerində... (Musavat.com)