Onlar Şuşanik Nersisyanla görüşdən sonra binaya girişi bağlayıblar Onlar Şuşanik Nersisyanla görüşdən sonra binaya girişi bağlayıblar

Ermənistanda növbəti etiraz aksiyası

Onlar Şuşanik Nersisyanla görüşdən sonra binaya girişi bağlayıblar

Ermənistan metal tullantıları ixracatçıları Dövlət Gəlirləri Komitəsinin qarşısında etiraz aksiyası keçiriblər.

Onlar Dövlət Komitəsi sədrinin müavini Şuşanik Nersisyanla görüşdən sonra binaya girişi bağlayıblar.

Bildirilib ki, aksiya iştirakçıları metal tullantılarına tətbiq ediləcək dövlət rüsumunun artırılacağına etiraz edirlər.

Dövlət rüsumu haqqında yeni qanun layihəsinə əsasən, bir ton metal tullantısına 160 dollar (80 min dram) dövlət rüsumu tətbiq edilməsi planlaşdırılır. Aksiyaçılar isə hesab edirlər ki, bu məbləğdə rüsumun tətbiqi firmaları müflisləşdirəcək.(report.az)

AzNews.az