Ermənistanda hakimlər ancaq Paşinyanın diktəsi ilə qərarlar çıxarırlar Ermənistanda hakimlər ancaq Paşinyanın diktəsi ilə qərarlar çıxarırlar

Ermənilər Paşinyana qarşı etiraz aksiyası keçirdi - Almaniyada

Ermənistanda hakimlər ancaq Paşinyanın diktəsi ilə qərarlar çıxarırlar

Ermənistandakı mövcud ictimai-siyasi vəziyyətdən narazı olanlar ölkədaxili ilə bərabər, xaricdə də etirazlarını ifadə edirlər.

Növbəti aksiya Ermənistanın Almaniyadaki səfirliyinin qarşısında keçirilib.

Buraya toplaşan narazı kütlə “Xalqa azadlıq!”, “Məhkəmələrə sərbəstlik!” və “Paşinyan istefa!” deyə şüarlar səsləndiriblər.

Səfirlik binası qarşısında etirazçıların fəal üzvlərindən olan Valeri Eprikyan deyib ki, toplaşmaqda əsas məqsədləri Avropanın müxtəlif qurumlarını Ermənistanda insanların üzləşdikləri haqsızlıqlar və məmur özbaşınalığı ilə bağlı məlumatlandırmaqdır.

“Əgər bir ölkədə məhkəmə və hüquq sistemi sifarişlər əsasında çalışırsa, həmin ölkədə demokratiyadan və insan azadlığından danışmaq yersiz olar. Təkcə son üç ayda sifarişlər əsasında dörd hakimin sədrliyi ilə gedən məhkəmə prosesindən bir nəticə hasilə olmur. Bu amili ölkədə ancaq siyasi təqiblər və qisasalma kimi xarakterizə etmək mümkündür. Bir məhkəmə prosesinə dörd dəfə yeni hakim təyin olunursa, daha burada hansı ədalətdən danışmaq olar? Ermənistanda hakimlər ancaq Paşinyanın diktəsi ilə qərarlar çıxarırlar”, - deyə Valeri Eprikyan bildirib. (Azərtac)