- Qayıdış
- 10 May 2020 12:10
- 6 017
Ermənistan silahlı qüvvələri atəşkəsi 26 dəfə pozdu
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.
AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.