“Bu səfərin gerçəkləşməsi üçün əvvəla vəziyyət normallaşdırılmalıdır" “Bu səfərin gerçəkləşməsi üçün əvvəla vəziyyət normallaşdırılmalıdır"

Həmsədrlər regiona səfər edəcək

“Bu səfərin gerçəkləşməsi üçün əvvəla vəziyyət normallaşdırılmalıdır"

Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri gələn ay Bakı və Yerevana səfər etməyi nəzərdə tutur.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdikləri danışıqlardan sonra mətbuat konfransı zamanı bildirib.

“Bu səfərin gerçəkləşməsi üçün əvvəla vəziyyət normallaşdırılmalı, o cümlədən sərhəddəki toqquşmalara son qoyulmalıdır”, - rusiyalı nazir qeyd edib.