"Sabah hər hansı toqquşma baş verərsə, ölkənin rəhbərliyi eskalasiyaya görə bütün məsuliyyəti öz üzərinə götürməlidir" "Sabah hər hansı toqquşma baş verərsə, ölkənin rəhbərliyi eskalasiyaya görə bütün məsuliyyəti öz üzərinə götürməlidir"

“Ermənistan dərin böhrana girib” - Artur Vanetsyan

"Sabah hər hansı toqquşma baş verərsə, ölkənin rəhbərliyi eskalasiyaya görə bütün məsuliyyəti öz üzərinə götürməlidir"

"Ölkə dərin böhrana girib. Bu vəziyyətdən çıxmaq üçün hamımız təcrübəmizi və nüfuzumuzu istifadə etməliyik". AzNews.az xəbər verir ki, bunu Ermənistanın müxalif "Vətən" partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan İrəvanda keçirilən mitinqdə deyib.

Baş nazir Nikol Paşinyanın tərəfdarlarını Respublika Meydanında mitinqə çağırması barədə qərarını şərh edən Vanetsyan bildirib ki, sabah hər hansı toqquşma baş verərsə, ölkənin rəhbərliyi eskalasiyaya görə bütün məsuliyyəti öz üzərinə götürməlidir.

Qeyd edək ki, bu gün Ermənistan müxalifəti yenidən İrəvanın Baqramyan prospektinə toplaşıb. Mitinq ölkə parlamentinin yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir. Etiraz aksiyasında bir neçə min insan iştirak edir. (Azvision.az )