Hadrutda daha 8 erməni hərbçinin qalıqları TAPILDI

Qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub

Azərbaycanın işğaldan azad etdiyi Hadrut rayonu ərazisində daha 8 erməni hərbçisinin qalıqları tapılıb.

Aznews.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumata görə, qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1 567 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılaraq, Ermənistana təhvil verilib.