bu barədə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun bəyanatında deyilir bu barədə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun bəyanatında deyilir

“Ermənistan” bloku pozuntularla bağlı bəyanat yaydı

bu barədə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun bəyanatında deyilir

“Dünən Mərkəzi Seçki Komissiyası hakim “Mülki müqavilə” Partiyasına və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyana “sükut günü” prosedurunu pozduğu üçün xəbərdarlıq etdi”.

AzNews.az News.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun bəyanatında deyilir.

“Dünəndən bəri “Ermənistan” blokunun liderləri haqqında təhqiramiz və nifrət dolu materiallar müxtəlif yerlərdə geniş tirajlanmağa başladı.

Həmçinin, yalan məlumatlara əsasən, “Ermənistan” blokunun regional qərargah üzvlərinin tutulduğu barədə məlumat aldıq.

Ermənistan tarixində bu qədər geniş miqyasda seçki prosesində belə qanun pozuntuları olmamışdı və bütün beynəlxalq müşahidə missiyalarının diqqətini bu davam edən qanun pozuntularına yönəldirik”, - bəyanatda deyilir.