"Azərbaycan düşməni yaxın vaxtlarda cəzalandıracaq" - Ekspert

“Azərbaycan müharibədə qalib gələn tərəfdir və əlbəttə ki, şərtlər bizim istəyimiz çərçivəsində həyata keçirilməlidir”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanın mərhələli şəkildə vaxt uzatması fonunda Azərbaycan lazım olan bir çox məqsədlərinə çatdı:

“Laçın rayonunda keçid məntəqəsinin açılması, Azərbaycan-Ermənistan sərhədlərində lazımı yüksəkliklərdə bayrağımızın qaldırılması, danışıqlar prosesində mövqeyimizin gücləndirilməsi uğurlarımızdan bəziləridir”.

Ekspert qeyd edib ki, son 2-3 ayda Qərbin Qarabağı Azərbaycan ərazisi kimi tanıması ilə bağlı konkret çıxışlar, Nikol Paşinyanın Brüssel görüşündəki etirafı Azərbaycanın öz mövqelərini gücləndirməsinin göstəricisidir:

“Hazırda Ermənistan üçün son şansdır və Ermənistanın bu şansdan necə istifadə edib etməyəcəyini bölgədəki növbəti proseslər göstərəcək. Azərbaycan diplomatik və hərbi sahədə manevrlər edərək düşməni yaxın vaxtlarda cəzalandıracaq”.

Rəşid Qarayev

Close menu