Tərcümə Mərkəzində yeni kitab işıq üzü görüb Tərcümə Mərkəzində yeni kitab işıq üzü görüb

Bağater Arabulinin “Gündüz yuxuları” Azərbaycan dilində

Tərcümə Mərkəzində yeni kitab işıq üzü görüb

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış gürcü şair Bağater Arabulinin “Gündüz yuxuları” şeirlər kitabı işıq üzü görüb.

AzNews.azın verdiyi məlumata görə gürcü poeziyasının parlaq nümunələrini əks etdirən kitaba şairin lirik etüd, fraq­mentlər, mәnzum hekayә və pritça üslubunda qələmə aldığı şeirləri daxil edilib.

Əsərləri Azərbaycanda ilk dəfə nəşr olunan şairin şeirlər toplusunu dilimizə şair-tərcüməçi Allah­verdi Tәklәli çevirib.

Kitabın redaktorları Etimad Başkeçid və Salam Sarvandır.

AzNews.az