Tamaşanın janrı posmodern oyun kimi müəyyənləşdirilib Tamaşanın janrı posmodern oyun kimi müəyyənləşdirilib

“Müəmmalı bir qətlin üç versiyası” - YUĞda PREMYERA

Tamaşanın janrı posmodern oyun kimi müəyyənləşdirilib

Oktyabr 19-u, saat 19.00-da YUĞ Dövlət Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşanın premyerası keçiriləcək.

AzNews.azın məlumatına görə, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir.

Tamaşada YUĞ Teatrının aktyorları Əməkdar artist Gülzar Qurbanova (Qadın), aktyorlar Oqtay Mehtiyev (Quldur), Əbdülqəni Əliyev (Ər), Vüqar Hacıyev (İttihamçı), Amid Qasımov (I Şahid), Elşən Əsgərov (II Şahid) çıxış edirlər.

Tamaşanın janrı epik pritça kimi müəyyənləşdirilib.

AzNews.az

image description image description image description