- Mədəni adam
- 25 Oktyabr 2018 10:21
- 2 449
Filmin təqdimatına gələnləri “Müslüm Gürses” qarşıladı
Dünən türkiyəli mərhum müğənni Müslüm Gürsesin həyatından bəhs edən “Müslüm” filminin qala gecəsi olub.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 5 il əvvəl həyatını itirmiş Müslüm Gürsesin həyatından bəhs edən filminin təqdimatına müğənninin sevənləri, sənət dostları və həyat yoldaşı qatılıb. Filmin təqdimanına gələnləri Müslüm Gürsesin heykəli qarşılayıb. Mərhum müğənninin həyat yoldaşı onun heykəlini görəndə göz yaşlarına boğulub.
Qeyd edək ki, filmdə Müslüm Gürsesin uşaqlığını “O Ses Türkiye Çocuklar” yarışmasının qalibi Şahin Kendirci canlandırıb.
Nigar CƏFƏR,
AzNews.az