“Bohem rapsodiyası”nın nümayişi başladı

Gitara ilə fotosessiya və şou proqram təqdim olunub

Oktybrın 31-də “CinemaPlus”da “Bohem rapsodiyası” filminin Dolby Atmos formatında premyeradan öncə nümayişi keçirilib.

AzNews.az-ın məlumatına görə, nümayişdə gitara ilə fotosessiya və şou proqram təqdim olunub.

Azərbaycan Dövlət Rus Dram teatrının Əməkdar artisti Maqsud Məmmədov Freddi Merkuri obrazı ilə izləyicilərin qarşısına çıxıb. Daha sonra Emin Useynovun rəhbərliyi altında “NERO” şou baletinin gözlənilməz fleşmobu keçirilib. Şou proqram “Queen” qrupunun əfsanəvi parçalarının musiqiçilər Elvin Novruzov (L`veen), Vlada Axundova, Tofiq Hacıyev, Ruslan Əlişanun canlı ifası ilə sona çatıb.

“Bohem rapsodiyası” - əfsanəvi müğənni Freddi Merkuri obrazını canlandıran “Mister Robot” serialının ulduzu Rami Malekin iştirakı ilə Queen rok-qrupunun tarixi haqqında bəhs edən ABŞ və Böyük Britaniya istehsalı olan bioqrafik dram filmidir. Filmin quruluşu ilə öncədən Brayan Sinqer (“İks Adamlar” franşizəsi) məşğul olsa da çəkilişlər zamanı sağlamlığında yaranmış problemlərə görə layihəni tərk edib. Onun yerinə Dekster Fletçer (“Eddi “Qartal””, Vəhşi Bill”) gəlib.

Rollarda: Rami Malek, Lyusi Boynton, Cozef Matssello, Mayk Mayers, Ben Hardi, Eydan Qillen, Qvilim Li, Tom Hollander, Allen Liç, Cess Radomska və başqaları oynayıb.

Kinosevərlər “Bohem rapsodiyası”nı noyabrın 1-dən izləyə bilərlər.

AzNews.az

image description image description image description