Musa Yaqub: “Yoldaşım saçlarımdan utanırdı” – VİDEO

“Öz əlimə baxıram, tanımıram”

ARB TV-nin “Səhər-Səhər” verilişində tanınmış şair Musa Yaqubun sağlıq durumu ilə bağlı sujet yayımlanıb.

AzNews.az xəbər verir ki, “Səhər-Səhər” komandası tanınmış şairi evində ziyarət edib. Musa Yaqub hazırda gəzə bilmədiyini və daha çox təngənəfəslikdən əziyyət çəkdiyini deyib: “Babatam. Çox ağır xəstəlik keçirdim, amma sözün düzü, gedirdim. Məni millət qaytardı. Qocaların əllərinə baxanda deyirdim bu nədir, damarlar... Mənim əlim qəşəngdir. İndi öz əlimə baxıram, tanımıram. Rəhmətlik yoldaşım deyirdi ki, sənin saçlarından utanıram. Deyirdim bala niyə? Deyirdi ki, yaşıdlarının saçı ağdır, səninki qara. Elə bilirlər, rəng qoymusan. Zəlimxan Yaqub, mən, Mikayıl Mirzə Türkiyədəydik. Hamamda məni güdürdülər ki, görək bunun saçı nə rəngdədir. Dedim, bala, mənim saçım rəng götürmür. Elə bir ağrım yoxdur, bir az təngənəfəslik var. Ayaqlarım Baba dağda o daş yoxdur ki, ayaqlamasın. Amma indi gəzə bilmirəm. Nə bilim?! Vallah bilmirəm ki, özümə nə olub...”

Nigar CƏFƏR

AzNews.az