- Mədəni adam
- 5 Noyabr 2018 10:30
- 3 353
Uşaq teatrı lotereya satacaq: “İstəyən alsın, istəməyən yox...”
Bakı Uşaq Teatrı təqdimata hazırlaşır.
Teatrın direktoru İntiqam Soltan AzNews.az-a açıqlamasında bildirib ki, noyabrın 7-də təqdim olunacaq tamaşa “Sevgi şimşəyi” adlanır. Tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru İntiqam Soltandır. Direktor qeyd edib ki, ilk dəfə olaraq tamaşada biletdən əlavə lotereya da satılacaq: “Bu, könüllüdür, kim istəsə alacaq, istəməsə almayacaq. Oyunda yalnız lotereya biletləri alanlar oynayacaq. Oyun tamaşaçıların gözü qarşısında keçiriləcək”.
İntiqam Soltan qeyd edib ki, tamaşanın premyerası Türkiyədə keçiriləcək: “Bu tamaşa onların istəyi əsasında hazırlanıb”.
Bahar RÜSTƏMLİ
AzNews.az