Amaliya Pənahova ilə vida mərasimi harada keçiriləcək? - YENİLƏNİB

Xalq artisti, görkəmli aktrisa Amaliya Pənahova ilə vida mərasiminin keçiriləcəyi yer bəlli olub.

Mərhum sənətkar, Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahova ilə vida mərasimi Akademik Milli Dram Teatrında keçiriləcək.

Bunu AzNews.az-a açıqlamasında Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov məlumat verib.

****
11:09

Mərhum sənətkar, xalq artisti Amaliya Pənahova ilə vida mərasimi sabah Təzə Pir Məscidində keçiriləcək.

Bakı Bələdiyyə teatrından AzNews.az-a verilən məlumata görə, aktrisa ilə vida mərasimi saat 12:00-ə başlayıb, saat 15:00-da başa çatacaq.

Qeyd edək ki, xalq artisti Amaliya Pənahova xeyli vaxtdır ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Son günlər vəziyyəti pisləşən sənətkar səhər saatlarında dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az