“Amaliya xanımın xəstəliyindən xəbərsiz olmuşuq” - İlham Namiq Kamal

Bir həftə öncə aktrisanı...

“Amaliya Pənahova sağlam insana bənzəyirdi. Vəfatı xəbəri ilə çox sarsıldıq”.

Bunu tanınmış aktyor İlham Namiq Kamal danışıb. O bildirib ki, hətta təxmini bir həftə öncə aktrisanın rəhbəri olduğu Bakı Bələdiyyə Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tamaşa təqdim edilib:

“Amaliya xanım özü də tamaşada idi. Ağır xəstəliyi olubsa da, sənət dostlarının əksəriyyəti, elə mən özüm də bundan xəbərsizik. İndiyə qədər aktrisanın hansısa tibbi narahatlığının olduğunu eşitməmişəm. Çox sarsıdıcı xəbərdir. Allah rəhmət eləsin”.

Azərbaycanın xalq artisti, məşhur teatr və kino aktrisası, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru Amaliya Pənahova bu gün – noyabrın 8-də vəfat edib.

Aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirmiş, amma bunu çoxlarından gizli saxlayrmış. (Modern.az)

© AzNews.az