- Mədəni adam
- 16 Noyabr 2018 10:22
- 1 433
Alim Qasımov qızı ilə Londonda çıxış edib

Konsert proqramı “Leyli və Məcnun” operasına uyğunlaşdırılıb
Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımova Londondakı “Sadler Wells” Teatrında konsert proqramı ilə çıxış ediblər.
Teatrlaşdırılmış konsert proqramı xoreoqraf Mark Morris tərəfindən Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasına uyğunlaşdırılıb.
Mark Morris rəqs qrupunun və “İpək Yolu” ansamblının qatıldığı konsertdə Alim Qasımov və Fərqanə Qasımovanın ifaları sürəkli alqışlarla qarşılanıb.
Teatrlaşdırılmış konsert proqramı noyabrın 17-dək davam edəcək. (Azərtac)
AzNews.az