“Apple” film çəkilişlərinə başlayacaq

Kinoistehsalçı kompaniya ilə müqavilə bağlanıb

Personal kompüter və planşetlər, audipleyerlər, telefonlar, “ağıllı saat” və proqram təminatı istehsalı ilə məşğul olan “Apple” şirkəti bundan sonra film də çəkəcək.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Amerika korporasiyasısı bunun üçün A24 adlı kinoistehsalçı kompaniya ilə müqavilə bağlayıb.

“Apple”-ın çəkilişlərində iştirak edəcəyi teleşou və kinofilmlər ilk dövrlər ödənişsiz təqdim ediləcək.

A24 kinoistehsalı şirkəti 2012-ci ildə təsis edilib. “Otaq” (2015), “Emi” (2015) və başqa filmlərini çəkib. Bundan başqa A24 kompaniyasının lentə aldığı “Ay işığı” (2016) filmi ötən il “Ən yaxşı film”, “Ən yaxşı adaptasiya olunmuş ssenari”, “Ən yaxşı ikinci plan kişi aktyoru” nominasiyalarında Oskar alıb.

AzNews.az